İranın paytaxtı Tehranda keçirilən yerli futbol matçı zamanı inanılmaz hadisə baş verib.

“Setareqan-e Sorx” ilə “Yaran-e Fərhad” komandaları arasında oynanan qarşılaşmada hakimin qərarı futbolçulardan birinin anasının qəzəbinə səbəb olub.

Offsideplus.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, matç zamanı “Setareqan-e Sorx”un əsas qapıçısı meydandan qovulub.
Onun yerinə daxil olan ehtiyat qapıçı hakimlə mübahisə etməyə başlayıb.
Elə bu anda emosiyalarına hakim ola bilməyən futbolçunun anası meydançaya daxil olaraq hakimə hücum edib və onun üzünə zərbə endirib.

Hadisə həm azarkeşlər, həm də oyunçular arasında böyük çaşqınlıq və gərginliyə səbəb olub.