RU

HAMAS ın danışıqlardakı prioritetləri Qəzzada atəşkəsin əldə olunmasıdır

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

HAMAS-ın Misirin Şarm əl-Şeyx şəhərində keçirilən danışıqlardakı prioritetləri Qəzza zolağında atəşkəsin əldə olunması və israilli girovların fələstinli məhbuslarla mübadiləsidir.

APA xəbər verir ki, bu barədə hərəkatın danışıqlardakı nümayəndə heyətinin rəhbəri Xalil əl-Həyyə məlumat verib.

“Biz bura müəyyən məqsədlə gəlmişik; müharibəni dayandırmaq, məhbuslarımızı azad etmək və israilli girovları buraxmaq. İsrail tərəfindən törədilən təcavüzün tamamilə dayandırılmasına dair zəmanətlər əldə edilməlidir,” – o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
76
2
apa.az

3Источники