Azərbaycanda 87 yaşlı cərrah Sudeyf İmamverdiyev hələ də ən ağır əməliyyatları edir.
Xəbər verilir ki, o, bu yaşında Azərbaycanda tədris, müalicə və əməliyyatla məşğul olan tək uroloq-cərrahdır.
Tibb elmləri doktoru, Türk Ağsaqqallar Birliyinin sədri, Tibb Universitetinin müəllimidir. 1964-cü ildən cərrahi əməliyyatlara başlayıb.
Bu vaxta kimi etdiyi əməliyyatların sayı 30 mini keçib.
Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında 5 yaşlı uşağın ağır uroloji bərpa əməliyyatına girən Sudeyf İmamverdiyevi izləyək…
Bakupost