RU

Azərbaycan millisi 4 günlük bir araya gəlir

Futzal üzrə Azərbaycan millisi gələn həftə qısa müddətli təlim-məşq toplanışı üçün bir araya gələcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, toplanış noyabrda Səudiyyə Ərəbistanında təşkil olunacaq VI İslam Oyunlarına hazırlıq məqsədi daşıyır. 

Yevgeni Kukseviçin baş məşqçisi olduğu milli oktyabrın 15-dən 19-na kimi Bakıda hazırlıq keçəcək. Toplanışın sonuncu günündə yığma ilə "Araz-Naxçıvan"ın legionerləri arasında sınaq matçının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, millimizə təyinatı yayda reallaşan 53 yaşlı rusiyalı mütəxəssis Yevgeni Kukseviçin rəhbərliyi altında ilk təlim-məşq toplanışı olacaq.

Mirağa

Избранный
103
fanat.az

1Источники