Bakı. Trend:
Halal kiçik və orta biznes (KOB) subyektləri 2040-cı ilədək“yaşıl” keçidin liderlərinə çevrilə bilərlər.
Trend xəbər verirki, bunu Pakistanın Standartlaşdırma və Keyfiyyətə Nəzarətİdarəsinin Halal Tədarük Zənciri üzrə Komitənin sədri MuhəmmədAbubakar Bakıda keçirilən “Halal Business Forum” forumunda çıxışızamanı deyib.
Onun sözlərinə görə, halal kiçik və orta sahibkarlıq subyektləri– təkcə biznes deyil, onlar gələcək nəsillər üçün dayanıqlığın,etikanın və uzunmüddətli dəyərlərin keşikçiləridirlər.
Abubakar qeyd edib ki, halal KOB subyektləri biznesin 90 faizinitəşkil edir, 70 faiz məşğulluq yaradır və qlobal emissiyaların 50faizinə səbəb olur. Bu da onları etika, ticarət və iqlimdiplomatiyası sahələrinin mərkəzinə çevirir.
“Bu şirkətlərin əsas çağırışı "yaşıl" keçidə uyğunlaşmaqdır, əkshalda onlar yeni ticarət baryerləri, yüksək karbon xərcləri vəbazarlardan kənarda qalmaq riski ilə üzləşəcəklər”, – deyə ovurğulayıb.
Abubakar həmçinin, iqlim liderliyinə keçidi mərhələli şəkildətəmin edən “pilləli model”i təqdim edib. Bu model aşağıdakımərhələləri əhatə edir:
- CIMIC standartlarının qəbulu;
- ekoloji DİM (dayanıqlı inkişaf məqsədləri –red) halalstandartlarına inteqrasiyası (eko-halal);
- ESG və DİM prinsiplərinin uyğunlaşdırılması;
- dövri iqtisadiyyat prinsiplərinin tətbiqi;