2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının adlarını təqlid edən 26 saxta domen bloklanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə az göstəricidir. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Yalnız üçüncü rübdə aşkarlanaraq bloklanan saxta domenlərin sayı 7 olub. Bu, əvvəlki rübdən 2 dəfə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 7,6 dəfə az nəticədir.
2024-cü ildə dövlət qurumlarına bənzər 100 saxta domen aşkarlanaraq bloklanmışdı.
Saxta domenlərin yaradılması — xüsusilə də dövlət qurumlarının adlarını təqlid edənlər — fişinq hücumları, dezinformasiya yayımı və kiberfırıldaqçılıq məqsədilə istifadə edilir. Azərbaycanda bu tip fəaliyyətlər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən izlənir və hüquqi tədbirlərlə qarşısı alınır.
Aytac