RU

Azərbaycan və Gürcüstan hərbi mütəxəssislərinin kibertəhlükəsizlik sahəsində işçi görüşü olub

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Tbilisi şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmət və ehtiramla anıb.

Sonra Şindisi Memorialı ziyarət olunub, Gürcüstanın qəhrəman hərbçilərinin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Xidmətinin rəisi polkovnik-leytenant Elşən Həsənov Gürcüstan Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosunun rəhbəri Luka Mgeladze ilə görüşüb.

Gürcüstan Müdafiə Nazirliyində keçirilən görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni perspektivlər və birgə layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin vacibliyi xüsusi vurğulanıb.

Görüşdən sonra David Aqmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasını ziyarət edən Azərbaycan nümayəndə heyəti burada informatika ixtisası üzrə təhsil alan kursantların tədris prosesini izləyib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

7e24e3c58560d4d0d61ebe9aff2b2e08

d8c39f0326f901657247e3f6dc8f78a9

2058bf3dff05088844c5699bdeaefc9b

829438eaafd4f3bbf5d33d5012809865

65340827c85229b1238edccfe3c77924

Избранный
12
12
poliqon.az

10Источники