RU

Azərbaycan vətəndaşları üç gündür Jukovski hava limanına buraxılmır – Səfirlikdən açıqlama

Ajans.az xəbər verir ki,səfirlikdən verilən məlumata görə, hazırda diplomatik missiyanın əməkdaşları problemin həlli üzərində intensiv şəkildə çalışırlar. Açıqlamada vurğulanır ki, Rusiya ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşları uçuşdan 72 saat əvvəl xüsusi proqram vasitəsilə qeydiyyatdan keçməli və rəsmi icazə almalıdırlar. Lakin bəzi vətəndaşlar bu tələblərə əməl etmədikləri üçün hava limanında saxlanılırlar. "Nəticədə onlar çətin vəziyyətlə üzləşirlər. Qeyd edək ki, Jukovski hava limanında saxlanılan şəxslər burada bir həftəyə qədər qala bilərlər. Rusiya hakimiyyəti belə hallarda vətəndaşları aid olduqları ölkəyə geri göndərir", – deyə səfirlik bildirib. Eyni zamanda qeyd olunub ki, Jukovski hava limanından Azərbaycana birbaşa reyslər həyata keçirilmir. Hava limanına yalnız Rusiya aviaşirkətləri tərəfindən uçuşlar təşkil olunur və bu reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri baş tutur. Səfirlikdən əlavə olaraq bildirilib: “Əgər sabahkı reysdə boş yerlər olarsa, hava limanında saxlanılan vətəndaşlara onlayn rejimdə məlumat veriləcək və onların geri qaytarılması təmin olunacaq. Əgər bu mümkün olmazsa, onların gələn həftənin əvvəlində Azərbaycana göndərilməsi planlaşdırılır”.

 

Избранный
126
19
Ajans.az

10Источники