RU

Azərbaycan yığmasının məşqçisi: Gimnastlarımız çox yaxşı mübarizə apardılar VİDEO

Şəki, 8 oktyabr, AZƏRTAC

Gimnastlarımız çox yaxşı mübarizə apardılar.

AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisinin məşqçisi Nəzrin Cəfərzadə yığmanın III MDB Oyunlarındakı nəticələrini dəyərləndirərkən deyib.

O, nəticənin qənaətbəxş olduğunu söyləyib: “Düşünürəm ki, gimnastlarımız yaxşı çıxış etdilər. Təbii ki, bundan da yaxşısı ola bilərdi. Hər proqramda medal qazanmağı hədəfləmişdik. 9 finaldan 8-də medal götürməyi bacardıq. Yığmamızın bütün üzvlərini gözəl performansa görə təbrik edirəm”.

Qeyd edək ki, bədii gimnastika üzrə Azərbaycan millisi Oyunları 4-ü gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 8 medalla başa vurub.

Избранный
16
1
azertag.az

2Источники