RU

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci oldu

Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarının medal sıralamasında ikinci olub.

Demokrat.az xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında yığma üzvləri Azərbaycanın aktivinə daha altı medal yazdırıblar.

Ümumilikdə komanda Oyunlarda 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal qazanıb.

III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var.

İlk üçlüyü isə 122 medalla Belarus "qapayıb". Komanda 32 qızıl, 38 gümüş, 52 bürünc medala sahib çıxıb.

Избранный
6
13
demokrat.az

10Источники