RU

Azərbaycan III MDB Oyunlarını medal sıralamasında ikinci pillədə başa vurub

Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarının medal sıralamasında ikinci olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında yığma üzvləri Azərbaycanın aktivinə daha 6 medal yazdırıblar.

Ümumilikdə komanda Oyunlarda 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal qazanıb.

III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var.

İlk üçlüyü isə 122 medalla Belarus "qapayıb". Komanda 32 qızıl, 38 gümüş, 52 bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının medal sayına görə indiyə qədər keçirilən MDB Oyunları tarixinin ən yaxşı göstəricisi olub. MDB Oyunları 2021-ci ildən keçirilir.

Избранный
5
13
far.az

10Источники