ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yüngül çəkidə UFC çempionu gürcüstanlı Merab Dvalişvili məşhur pəncab müğənnisi Karen Aujlanın yeni klipində yer alıb.
İdman.biz xəbər verir ki, çəkilişlər Kanadada baş tutub.
İdmançı layihədə iştirak etmək üçün çəkiliş məkanına səfər edib.
Qeyd edək ki, Merab Dvalişvili "UFC 320" turnirində amerikalı Kori Sendhagenlə qarşılaşıb. O, hakimlərin yekdil qərarı ilə rəqibi üzərində qələbə qazanıb. Bu nəticə ilə Dvalişvili çempion titulunu qoruyub və öz çəki dərəcəsində tarixi nailiyyətə imza atıb.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.