RU

Milli irsimiz Fayetvil festivalında - FOTO

Bakı. Trend:

Azərbaycan Şimali Karolina ştatının Fayetvil şəhərində keçirilən“47-ci Ənənəvi Beynəlxalq Xalqlar Festivalı”nda təmsil olunub.Ştatda fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəriAdika İqbalın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təqdimatzamanı Azərbaycan mədəniyyəti və milli irsi geniş auditoriyayatanıdılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Tədbirdə ştatda yaşayan Azərbaycan icmasının üzvləri fəaliştirak ediblər. Festival çərçivəsində nümayiş olunan Azərbaycanmilli geyimləri, səhnə çıxışları və ənənəvi musiqilərziyarətçilərin böyük marağı ilə qarşılanıb.

Festivalın ən yaddaqalan məqamlarından biri ABŞ-də fəaliyyətgöstərən cənubi azərbaycanlı mədəniyyət xadimi Lalə Bağırzadəninrəqsi olub. Onun rəqs bacarıqları Azərbaycan mədəniyyətininincəliyini və estetik gücünü səhnəyə daşıyıb. Bundan əlavə,təşkilat üzvlərinin ifasında təqdim olunan “Yallı” rəqsitamaşaçılarda böyük coşğu yaradıb. Rəngarəng milli geyimlər vəritmik hərəkətlər Azərbaycan mədəniyyətinin zənginliyini vəbirliyini nümayiş etdirib.

Azərbaycan Dostluq Təşkilatının rəhbərliyi bildirib ki,festivalda iştirakın əsas məqsədi Azərbaycan mədəniyyətinitanıtmaq, xalqlar arasında dostluq körpüləri qurmaq və icma üzvləriarasında həmrəyliyi gücləndirməkdir. “Biz mədəniyyətimizi,ənənələrimizi və sevincimizi yerli icma ilə bölüşməkdən qürurduyuruq,” – deyə təşkilatın nümayəndələri qeyd ediblər.

Azərbaycan Dostluq Təşkilatı uzun illərdir ABŞ-də Azərbaycanıtanıtmaq və mədəni irsimizi yaşatmaq məqsədilə müxtəlif layihələrhəyata keçirir.

Qeyd edək ki, “Ənənəvi Beynəlxalq Xalqlar Festivalı” hər ilmüxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən, dostluq vəmədəni müxtəlifliyi təşviq edən tədbirlərdən biridir.

Milli
Milli
Milli
Избранный
20
4
az.trend.az

5Источники