RU

Real ın daha bir müdafiəçisi zədələnib

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

İspaniyanın "Real" klubunda daha bir müdafiəçi zədələnib. Sport24.az xəbər verir ki, son olaraq Din Huysen sıradan çıxıb.

İspaniya yığmasının üzvü DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Bolqarıstana qarşı matçlarda iştirak etməyəcək. Onu "Atletik"dən Aymerik Laport əvəzləyəcək.

Zədə ciddi olmasa da, futbolçu ən azı 1-2 həftə yaşıl meydanlardan kənarda qalacaq. "Kral klubu" oktyabrın 19-da La Liqada "Xetafe", 22-də UEFA Çempionlar Liqasında İtaliyanın "Yuventus" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, "Real"da müdafiəçilərdən Antonio Rudiger, Dani Karvahal, Trent Aleksandr-Arnold və Ferlan Mendi də zədəlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
2
sport24.az

3Источники