Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu yeni baş məşqçisini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, komandaya portuqaliyalı mütəxəssis Serjio Konseysao rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı məşqçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Konseysaonun son iş yeri İtaliyanın “Milan” klubu olub.