RU

CIDC 2025-də 360-dan çox mütəxəssis kibertəhlükəsizlik təlimlərinə cəlb olunub

BAKI, 9 oktyabr. TELEQRAF

CIDC 2025 tədbiri dörd hissədən ibarətdir. Tədbirin birinci hissəsi təlimlərdən ibarətdir.Burada 360-dan çox mütəxəssis xüsusi istiqamətlənmiş kibertəhlükəsizlik təlimləri keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə XRİTDX-nin Baş İdarə rəisinin müavini, CIDC-2025 Təşkilat Komitəsinin sədri Tural Məmmədov CIDC 2025 tədbiri çərçivəsində qeyd edib.

O qeyd edib ki, bu təlimlər çox spesifik istiqamətlərə əhatə edir:

“Buradakı mövzular heç bir kurslarda, təlimlərdə keçirilmir. Digər istiqamətimiz informasiya təhlükəsliyi sərgisidir. Burada kiber təhlükəsliyi ilə bağlı həllər, texnoloji yeniliklər və bir sıra texnoloji həllərlə tanış ola bilərsiniz. Üçüncü hissə konferans hissəsidir. Konfransda ağılıı şəhərlər və kritik infrastrukturlarla bağlı çox maraqlı mövzular müzakirə olunacaq.

Burada 10 təqdimat və 5 panel müzakirəsi nəzərdə tutulu . Eyni zamanda ağıllı şəhərlərlə bağlı virtual yarış keçiriləcək”.

O qeyd edib ki, yarış üzrə 20 yerli və 5 xarici komanda final mərhələsinə keçib. Bu komandalar Bakı şəhərinin simulyasiya olunmuş modelində bir sıra obyektlərə olan kiberhücumları analiz edəcək, onları aşkarlamaq üçün öz səylərini göstərəcək. Eyni zamanda həmin infrastrukturlarda informasiya təhlükəsliyi boşluqların aşkarlanmasında öz təcrübələrini göstərəcək”.

Избранный
70
teleqraf.com

1Источники