RU

Mərkəzi Bank: İndiyədək 18 elektron pul təşkilatına lisenziya verilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı 9 oktyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyalaşdırdığı ödəniş bazarı iştirakçıları bu ilin əvvəlindən 38,8 milyard manat dəyərində əməliyyat aparıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov "Bakı Fintex Forum-2025"də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu rəqəmin artması gözlənilir.

“İndiyədək 18 elektron pul təşkilatına və 8 ödəniş təşkilatına lisenziya verilib. Bu ilin ortasına aylıq kart dövriyyəsi də 10 milyard manata çatıb. Bu, böyük rəqəmdir və ölkənin nağdsız ödənişlərə keçidinin bir nümunəsidir. Eyni zamanda, ani ödənişlər sisteminin artımının şahidi oluruq. Son ildə biz milli ödəniş sisteminin 10 faizə yaxın həcminin ani ödənişlər sisteminə keçidinə nail olduq və bu rəqəmin artımını planlaşdırırıq”, - deyə AMB-nin baş direktoru vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
1
azertag.az

2Источники