RU

Bir dəfəyə 330 aylıq məvacib alıb işdən çıxdı

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çilidə mühasibatlığın səhvi üzündən ofis işçilərinin birinin hesabına bir dəfəyə 330 aylıq məvacibi köçürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hələ 2022-ci ilin mayında baş verib.

Ərzaq satışı ilə məşğul olan "Dan Consorcio Industrial de Alimentos de Chile" şirkətinin mühasibi əməkdaşların birinin kart hesabına maaş kimi 522 avro əvəzinə 330 dəfə çox - 172 min avro köçürüb. Bu barədə məlumatlandırılan  əməkdaş 3 gün ərzində artıq pulu qaytaracağına söz versə də, müddət başa çatanda işdən çıxıb. Şirkət keçmiş əməkdaşını məhkəməyə verib. 

Maraqlıdır ki, bir neçə gün əvvəl başa çatan prosesdə hakim şirkətin iddiasını təmin etməyib və pul əməkdaşa qalıb.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
525.az

1Источники