RU

Ukraynanın Ombudsmanı: 200 minə yaxın itkinimiz var

BAKI, 9 oktyabr. TELEQRAF

Ukraynadan itkin düşmüş şəxslərlə bağlı rəsmi məlumat əldə etmək mümkün olmur.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) DmitroLubinets “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qeyri-rəsmi məlumata əsasən, Rusiya tərəfindən işğal olunmuş ərazilərdə 200 minə yaxın itkin düşmüş şəxs var.

Lubinets bildirib ki, indiyədək 6235 ukraynalı geri qaytarılıb:

“Onların arasında 372 mülki şəxs də var. Bu şəxslərin ilkin taleyi itkin düşmüş hesab olunurdu. Qeyd edim ki, Ukraynada bu istiqamətdə fəaliyyət göstərən bir neçə təşkilat mövcuddur”.

O, həmçinin vurğulayıb ki, əgər Ukrayna və Azərbaycan problemin həlli istiqamətində prosesə qoşulmaq niyyətindədirsə, bunun üçün məhkəmə-ekspertiza əməkdaşlarının iştirakı ilə işçi qrupunun yaradılması məqsədəuyğun olardı.

O əlavə edib ki, 2024-cü ildə Ukrayna Ombudsmanının ofisinə 18 mindən çox müraciət daxil olub. 2025-ci ildə isə indiyədək 15 min müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti itkin düşmüş şəxslərin ailə üzvləri tərəfindən edilib.

Избранный
77
teleqraf.com

1Источники