Azərbaycanda bu ildən etibarən iki yeni data mərkəzinin tikintisi işlərinə başlanılıb.
Day.Az Trend-a istinadən xəbər verir ki, bunu "AzInTelecom"un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
O vurğulayıb ki, 2027-ci ilə kimi tikinti proseslərinin yekunlaşdırılması planlaşdırılır: "Bunlar təkcə Azərbaycanda deyil, regionda ən böyük data mərkəzləri olacaqlar. Onlardan biri Hacıqabul, digəri isə Abşeron rayonu ərazisində yerləşəcək".