RU

Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda muzdlu döyüşçülər cəlb etməsi ilə bağlı sənədlər məhkəmədə elan olunub

Bakı. Trend:

Oktyabrın 9-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəməprosesində hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülərbarədə sənədlər elan olunub.

Trend xəbər verir ki,məhkəmədə Azərbaycanın müxtəlif dövlət qurumlarından daxil olmuşməxfi qrifli məktublardan çıxarışlar elan edilib.

2020-ci il oktyabrın 24-nə dair sənədə əsasən, Ermənistan 44günlük müharibə zamanı döyüş meydanında verdiyi itkilərikompensasiya etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindəErmənistan silahlı qüvvələrinin tərkibinə əcnəbi vətəndaşları cəlbetməyə ciddi səylər göstərib. Xüsusən Ermənistan hökuməti və üçüncüölkələrdə olan erməni diaspor təşkilatları tərəfindən erməniicmasının üzvlərinə təcili surətdə Azərbaycanın həmin vaxt işğalaltında olan ərazilərində gedən döyüşlərə qoşulmaq barədəçağırışlar edilib. Habelə, xarici dövlətlərdə xüsusi bilet satışıkampaniyaları təşkil olunub, toplanış məntəqələri təyin edilib.Nəticə etibarı ilə Azərbaycanın həmin vaxt Ermənistanın işğalıaltında olan ərazilərində gedən hərbi əməliyyatlarda Fransadan,ABŞ-dan, Suriyadan, Rusiya Federasiyasından və digər ölkələrdənolan əcnəbi terrorçu döyüşçülər iştirak edib. Hərbi əməliyyatlara“VoMA” (İrəvan şəhərində fəaliyyət göstərən hərbi təlim mərkəzi),ASALA və digər terrorçu təşkilatlar da cəlb olunublar.

Digər sənədə əsasən, Fransa vətəndaşı Artur Oqanisyan AzərbaycanRespublikasına qarşı döyüş əməliyyatlarında iştirak edib.

Fransanın Marsel şəhərindən gəlmiş Artur Hovannisyan 2020-ciildə 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinintərkibində Azərbaycanın Hadrut və Cəbrayıl rayonları ərazilərindəaparılan döyüş əməliyyatlarında iştirak edib.

Başqa sənədə əsasən, “ASALA” terror təşkilatının üzvü GilbertMinasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbitəcrübəyə malik dəstənin Azərbaycan ərazisində törətdikləri cinayətəməlləri ilə bağlı cinayət işi başlanılıb.

Daha bir sənədə əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuşərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı Ermənistansilahlı qüvvələri ilə yanaşı, xarici dövlətlərdən (Suriya, RusiyaFederasiyası, İspaniya, Kanada, Fransa, Yunanıstan, Livan, YaxınŞərq və Latın Amerikası ölkələrindən) gətirilmiş muzdlular vəmüxtəlif terror təşkilatlarına üzv olan döyüşçülər də iştirakediblər. Əvvəllər bu kimi muzdlular Ermənistanın hərbiqulluqçularına əsasən kəşfiyyat, diversiya, terror-təxribat vəobyektlərin partladılması ilə bağlı təlimlər keçməyə dəvətolunsalar da, sonra birbaşa döyüşlərda iştiraka cəlb ediliblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Избранный
27
36
az.trend.az

10Источники