RU

“FinTech” Türkiyə və Azərbaycan da daxil olmaqla, dünyada vençur kapitalının ilk üç istiqamətindən biridir - "Startup Wise Guys"

Bakı. Trend:

Biz erkən mərhələli startaplara investisiya yatırırıq və"FinTech", yəni maliyyə texnologiyaları bizim əsas yatırımistiqamətlərimizdən biridir. Hətta Azərbaycan mənşəli "ePoint"startapı da bizim investisiya etdiyimiz layihələrdən biridir və butədbirin tərəfdaşlarından olması bizim üçün xoş bir təsadüfdür.Onları burada görmək ayrıca sevindiricidir.

Trendxəbər verir ki, bunu Avropada fəaliyyət göstərən "Startup WiseGuys" vençur fondunun baş tərəfdaşı Güncə Önür Bakıda keçirilənfintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.

Onun sözlərinə görə, "FinTech" dedikdə bu anlayış tək bir sahəilə məhdudlaşmır, əslində, 20-dən çox alt istiqaməti əhatə edir:"Çünki “pul” anlayışı təkcə ödənişlərlə məhdudlaşmır. İnsanlarıngündəlik həyatına toxunan bir çox sahələr bu anlayışın tərkibhissəsidir.

"FinTech"ə ümumi baxdıqda görürük ki, bu sahə təkcə Türkiyə vəya Azərbaycan üçün deyil, bütün dünyada vençur kapitalıinvestisiyalarında ilk üç yerdə qərarlaşan istiqamətlərdəndir".

G. Önür vurğulayıb ki, güclü "FinTech" ekosisteminə malik birölkə təkcə bu sahədə uğurlu şirkətlərin mövcudluğu demək deyil, bu,həm də həmin ölkənin bankçılıq sisteminin güclü olması deməkdir:"Bu isə beynəlxalq pul köçürmələrinin daha rahat aparılmasınaşərait yaradır. Nəticə etibarilə, bu sahə yalnız yerli əhalinindeyil, qlobal investorların və beynəlxalq şirkətlərin də diqqətinihəmin ölkəyə yönəldir. Bununla da daha böyük kapital axınından vəböyüyən iqtisadiyyatlardan danışmaq mümkün olur.

"FinTech" bizim üçün təkcə investisiya etdiyimiz bir sahə deyil,həm də toxunduğu bütün ekosistemlərə təsir edən bir istiqamətdir.Pul və maliyyə ilə birbaşa əlaqəli olduğuna görə bu sahənintənzimlənməsi də qaçılmazdır və qaydalar burada daha sərt olur.Çünki bu, təbii olaraq riskləri də özündə daşıyır.

Yeni "FinTech" şirkətləri qurmaq istəyən startaplar üçün buqaydalar, alınmalı icazələr və lisenziyalar bəzən çətinlik yaratsada, bu baryerləri aşdıqdan sonra həmin qaydalar onlara qoruyucu birçərçivə təmin edir. Çünki "FinTech" sahəsində etibar və güvən əsasşərtdir".

G. Önür qeyd edib ki, onlar investorlar üçün "FinTech"startaplarını dəyərləndirərkən ilk olaraq komandanın keyfiyyətinəbaxırlar: "Güclü, işini bilən və sahədə təcrübəsi olan komandalarbizim üçün ən vacib kriteriyadır. Sonrakı mərhələdə isə bizstartapın hələ məhsulu bazara çıxarmamış olsa belə, doğrutərəfdaşlarla işləyib-işləmədiyini, ekosistemdə əlaqələr qurmağaçalışıb-çalışmadığını yoxlayırıq: Onlar ev tapşırıqlarını, yəniaraşdırma və təhlillərini, düzgün aparıblarmı? Rəqabətin vətənzimləyici tələblərin fərqindədirlərmi? Bunlar bizim üçün çoxönəmlidir".

"Ümumilikdə, vençur kapital investorları üçün "FinTech" çoxstrateji bir sahədir və biz bu sahəyə aktiv şəkildə investisiyayatırırıq. Hətta dünyada belə bir deyim var: “Hər bir startap birgün "FinTech" startapına çevriləcək". Yəni "FinTech" təkcə maliyyətexnologiyaları sahəsində fəaliyyət göstərənlər üçün yox, digərsahələrdə çalışan startaplar üçün də cəlbedici istiqamətdir.

Buna görə də dünyanın ən böyük vençur fondları "FinTech"sahəsinə investisiya yatırır. Bəli, burada müəyyən çətinliklər var.Amma bu çətinliklər əslində sektoru qorumaq üçün mövcuddur. Onagörə də tənzimləyici mühitlə mübarizə aparmaqdan daha vacibi buqaydaların səbəbini başa düşmək və onları necə aşmağı öyrənməkdir.Bu da girişimçilər üçün ən dəyərli bacarıqlardan biridir", - deyəG. Önür vurğulayıb.

Избранный
17
az.trend.az

1Источники