RU

Türk birliyi ideyası özünün ən möhtəşəm dövrlərini yaşayır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Yeni güc mərkəzinin formalaşması və türk dövlətlərinin iqtisadi, siyasi, hərbi güc olaraq regionda və dünyada mövqelərinin və güclərinin birləşdirilməsi 21-ci əsrin geosiyasi reallıqları fonunda olduqca vacibdir. Prezident İlham Əliyevin - “Bizim əsas fəaliyyətimizin prioriteti türk dövlətlərinin və türk xalqlarının birliyidir və türk ailəsi Azərbaycan üçün ən önəmli istiqamətdir” - fikirlərini Zirvədə səsləndirməsi bu mənada təsadüfi deyil”.

Bunu Hafta.az-a siyasi şərhçi Vüqar Oruc Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci Zirvə görüşü ilə bağlı açıqlamasında bildirib.

V.Oruc qeyd edib ki, Türk Dövlətlər Təşkilatına daxil olan türk cümhuriyyətlərinin işğaldan azad olmuş ərazilərimizdə infrastrukturun bərpası və yenidənqurma işlərində öz töhvələrini verməsi türk birliyinə nə qədər böyük dəstəkdirsə, Azərbaycan Prezidentinin Qəbələdə bunu vurğulaması və türk dövlətlərinə təşəkkür etməsi bu birliyin bünövrəsinin daha da möhkəmləndirilməsi cəhdidir:

"Bu onu göstərir ki, hal-hazırda Azərbaycan dövlətinin və dövlət başçısının əsas fəaliyyəti türk dövlətlərinin müvafiq surətdə öz potensialının vahid güc mərkəzi formasında möhkəmlənməsi və eyni zamanda mövcud dünyamızda çox mürəkkəb olan siyasi iqtisadi münasibətlər zəminində əlaqələndirilmiş, razılaşdırılmış və bir araya gəlmiş bir mövqe ilə çıxış etməsi istiqamətində fəaliyyətdir. Bu fəaliyyət bizlərin uzun müddət gözlədiyimiz və bu gün bu prosesin başında duran Azərbaycan prezidentinin fəaliyyəti ilə hər gün daha da inkişaf edən və güclənən bir prosesin şahidləri olmağımız böyük qürurdur. Hesab edirəm ki, türk dövlətlərinin ümumtürk birliyi üçün birliyimizin daha da möhkəmləndirilməsi naminə Şərqi Zəngəzurun və Qarabağın bərpasına dəstək verməsi qardaşlığımızın və gələcəyə yönəlik ortaq strategiyamızın, planlarımızın bir nümunəsidir. Güman edirəm ki, bu yanaşma son nəticədə türk bildiyinin sadəcə mədəni və koordinasiya xarakterli bir qurumdan ciddi siyasi, iqtisadi, hərbi quruma çevrilməsi istiqamətində çox ciddi bir bəyanatdır”.

V.Oruc eyni zamanda vurğulayıb ki, Azərbaycan Prezidentinin vaxtı ilə Daşkənddə Türk Dövlətləri Təşkilatının Zirvəsində bildirdiyi kimi, türk birliyi təkcə türk dövlətlərindən ibarət deyil. Burda öz dövləti olmayan və hüquqları tapdanan türk xalqları var ki, türk dövlətləri birliyi gələcəkdə onların da haqlarının qorunmasına və hüquqlarının müdafiə edilməsinə çalışmalıdır.

“Hazırda Azərbaycan Prezidentinin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə irəli aparılan türk birliyi ideyası özünün ən möhtəşəm dövrlərini yaşayır. Bu Zirvədən o da hiss olundu ki, vaxtilə bu prosesi o qədər də isti yanaşmayan Türkmənistan artıq bu gün müşahidəçi üzv statusundan yaxın gələcəkdə tam hüquqlu üzv statusuna keçəcək. Bu barədə Türkmənistan nümayəndəsi özü də bunu təsdiqlədi. Və yəqin ki, bu təşkilatın daha da güclənməsinə və bütün üzvlərin bərabərhüquqlu şəkildə bu birliyin formalaşmasına öz töhfəsini verməsinə gətirib çıxaracaq.
Şimali Kipr Türk Respublikasının bu prosesdə tərəflərin hər biri tərəfindən qəbul edilməsi və bərabərhüquqlu şəkildə türk birliyinə öz töhfəsini verməsinin də xüsusi bir çaları var. Hesab edirəm ki, bu, türk dünyasının hər bir dövlətin probleminə xüsusi diqqət göstərməsi ümumtürk həmrəyliyi nümunəsi deməkdir. Ümumtürk həmrəyliyi sözügedən dövlətin beynəlxalq arenada yaşadığı problemlərin həllində çox ciddi faktora çevriləcək. Yəqin ki, yaxın müddət ərzində status-kvonu reallığı, gerçəkliyi bütün dünya qəbul edəcək ki, Kiprin şimalında məhz belə bir türk dövləti mövcuddur. Və hal-hazırda həmin türk dövləti beynəlxalq birliklərdən biri olan regionda çox böyük nüfuza malik türk dövlətlər təşkilatı tərəfindən tanınır və qəbul olunur. Bu özü də irəliyə atılan doğru addım deməkdir.
Onu da qeyd edim ki, türk dövlətləri birliyi təkcə sözdə, bəyanatlarda və konkret bəzi addımlarda yox, bütünlüklə bu ölkələrin iqtisadi patensialının nəzərdən keçirməklə müzakirə olunmalıdır. Çox böyük potensial mövcuddur. Həm sözügedən dövlətlərin ortaq iqtisadi layihələri, həm qarşılıqlı ixracatçı və idxalq tərəfdaşları kimi çıxış etmək imkanları, vahid bazarların müxtəlif istiqamətdə formalaşdırılması potensialı, gələcəkdə istər gömrük istər vergi, istər digər istiqamətlərdə vahid mexanizimlərin tətbiqi isiqamətləri var. Son nəticədə qloballaşan dünyada söz sahibi olan etnik milli və eyni zamanda, siyasi və iqtisadi əsasları daha sız birləşmək imkanı yaradan yeni biyliyin ciddi şəkildə dünyanın siyasi arenasına çıxması deməkdir”- V.Oruc deyib.

Избранный
47
50
hafta.az

10Источники