RU

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə jest dilini öyrənmək üçün “JestPlus” mobil tətbiqi artıq istifadəyə verilib.

Publika.az xəbər verir ki, bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb.

Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilib. Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarını genişləndirmək, inklüzivliyi təşviq etmək və jest dilinin öyrənilməsini hamı üçün əlçatan etməkdir.

“JestPlus” tətbiqi jest dili üzrə sistemli öyrənmə üçün nəzərdə tutulub və istifadəçilərə lüğət funksiyasından kənara çıxaraq interaktiv dərslər, testlər və praktiki tapşırıqlar təqdim edir. Tətbiqin məzmununa 789 video, 358 jest dili sözü, 27 illüstrativ şəkil və 32 daktil animasiyası daxildir ki, bunlar da jest dilini gündəlik həyatda daha səmərəli tətbiq etməyə imkan verir.

“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərin informasiya və təhsil imkanlarına çıxışını artırmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindəndir. Bu mobil tətbiqi dəstəkləməklə biz inklüziv cəmiyyətin qurulmasına və jest dilinin ölkədə daha geniş yayılmasına töhfə veririk”.

Избранный
17
16
publika.az

10Источники