RU

Əgərlikdən yeni gəlmiş gənc faciəvi şəkildə öldü – HƏBS EDİLƏN VAR -FOTO

Bu ilin fevralında Yevlax rayon Ərəş kəndi ərazisində 20 yaşlı oğlanı maşınla vurub öldürən sürücünün məhkəməsi başa çatıb.

News24.az- ın əldə etdiyi məlumata görə,  kənd sakini Ələmdar Soltanovu yolu keçərkən idarə etdiyi  "90 CL 503" dövlət qeydiyyat nişanlı “Mercedes BENZ” markalı avtomobillə vurub öldürən 24 yaşlı Hidayət Məmmədov oktyabrın 6-da həbs edilib.

Məhkəmə onun 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. Həmçinin həbsdən sonra sürücünün nəqliyyat vsitəsi idarə etmək hüququ da 3 illik məhdudlaşdırılıb.

Qeyd edək ki, qəzanı törədən şəxsin hadisə vaxtı sürücülük hüququnun mövcud olmaması da müəyyən edilib.

Faciəvi şəkildə ölən Ələmdar isə hərbi xidmətini yenicə bitirib yaşadığı kəndə qayıdıbmış.

Yaşar Araz

Избранный
140
news24.az

1Источники