RU

Nazir bu kollecə yeni direktor təyin etdi

ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib.

Modern.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, İ.Hacıyev adına "Tərəqqi" Texniki-Humanitar Liseyinin direktoru professor Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib. O, "Tərəqqi" liseyində 2018-ci ildən direktor vəzifəsində çalışırdı.

Qeyd edək ki, bu ilin sentyabr ayında Sənaye və Texnologiya Kollecinin əvvəlki direktoru Faiq Şahbazlı təqaüd yaşına çatması ilə əlaqədar vəzifəsindən azad olunub.

Избранный
10
3
modern.az

7Источники