Goranboyda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.
Rəhimli kənd sakini, 1989-cu il təvəllüdlü E. Şirinovanın idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı rayonun Rəhimli kənd sakini, 1989-cu il təvəllüdlü E. Şirinova, sərnişinlər 1980-ci il təvəllüdlü S. Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y. Məmmədova və 1988-ci il təvəllüdlü A. Haqverdiyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu