Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E. Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
***
09.10.2025-ci il tarixində saat 18:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.