RU

MAQATE Zaporojjya AES-in xarici enerji təchizatının bərpasına başlandığını elan edib

MAQATE Zaporojjya AES-in xarici enerji təchizatının bərpasına başlandığını elan edib

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə Rusiya və Ukrayna tərəfləri arasında təmaslardan sonra Zaporojjya Atom Elektrik Stansiyasının (ZNPP) xarici enerji təchizatının bərpası prosesi başlayıb.

AFN.az xəbər verir ki, bu barədə MAQATE-nin bəyanatında bildirilib.

"Xarici enerji təchizatının bərpası prosesinə silahlı münaqişə zamanı baş vermiş son elektrik enerjisi kəsilməsini aradan qaldırmaq üçün son bir neçə həftə ərzində hər iki tərəflə tez-tez təmaslarından sonra başlanıb", - deyə məlumatda bildirilir.

MAQATE-nin baş direktoru Rafael Qrossi qeyd edib ki, elektrik şəbəkəsinə qoşulma bərpa olunana qədər hələ bir müddət keçsə də, hər iki tərəf bu məsələ ilə konstruktiv məşğul olub. "Heç kim vəziyyətin daha da pisləşməsində maraqlı deyil", - deyə Qrossi əlavə edib.

Избранный
41
afn.az

1Источники