RU

Ukrayna SQ Rusiyanın neft sektorunu darmadağın etməkdədir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 9-na keçən gecə Kotovodakı Korobkovo Qaz Emalı Zavodunun və Rusiyanın Volqoqrad vilayətinin Efimovka şəhərindəki Efimovka Xətti İstehsalat Dispetçer Stansiyasının dağıdılmasını təsdiqləyib.

Baş Qərargahın məlumatına görə, hər iki obyektdə partlayışlar və yanğın qeydə alınıb; dağıntının nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, Korobkovo Qaz Emalı Zavodu ildə 450 milyon kubmetr təbii və səmt qazı və 186 min ton təbii qaz mayeləri olan layihə gücü ilə Rusiyanın cənubunda təbii qazın və səmt neftinin ilkin emalı üzrə ən böyük zavodlardan biridir, – məlumatda deyilir.

Baş Qərargah qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri Ukraynaya qarşı silahlı təcavüzə son qoymaq üçün Rusiya Federasiyasının hərbi-iqtisadi potensialını sarsıtmağa yönəlmiş tədbirləri ardıcıl olaraq həyata keçirir.

//Samir Qurbanov, Editor.az

Избранный
32
editor.az

1Источники