RU

Vladimir Putin İlham Əliyevə söz verdi

Rusiya Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün vəzifəli şəxsləin hərəkətlərini təhlil edəcək və hüquqi qiymət verəcək.

Bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib: “Bizim borcumuz əvvəldən müzakirə etdiyimiz kimi, baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəblərini açıqlamaqdır. Bütün məmurlara və bütün məmurların hərəkətlərinə hüquqi qiymət veriləcək”, – Putin bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL Embraer-190 təyyarəsi Qazaxıstanın Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olub. Otuz səkkiz nəfər ölüb. Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında bildirilir ki, iki zərbə baş verib, bundan sonra təyyarə hündürlüyünü itirməyə başlayıb. İlham Əliyev Rusiyanın hadisəyə görə məsuliyyəti boynuna almasını tələb etdiyini bildirib. Azərbaycan prezidenti deyib ki, Çeçenistan hakimiyyəti Qroznı üzərində hava məkanını vaxtında bağlasaydı, qəzanın qarşısını almaq olardı.

//Samir Qurbanov, Editor.az

Избранный
30
editor.az

1Источники