Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun evində toy olacaq.
News24.az xəbər verir ki, bu haqda o, "Xəzər axşamı" verilişində danışıb. Sənətçi bildirib ki, aktyor oğlu Sənan Kazımov gələn ay 7 ildir münasibətdə olduğu həmkarı Aygün Fətullayeva ilə ailə quracaq.
Cütlüyün toyu Bakıdakı restoranların birində keçiriləcək.
Qeyd edək ki, Sənan və Aygün Gənc Tamaşaçılar Teatrında çalışır. Onların nişanı avqustda olub. (Axşam.az)