RU

Göbələk axtarmağa getmişdi, meteorit tapdı

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Karabük vilayətində yaşayan Şenol Diktəpə göbələk toplamaq üçün meşəyə getdiyi zaman təsadüfən meteorit tapıb.

News24.az xəbər verir ki, Diktəpə meşəsində istirahət edərkən ətrafdakı daşlar arasında rəngi və quruluşu ilə fərqlənən, digərlərindən daha ağır bir daş görüb. O, həmin daşı Karabük Universitetinə apararaq mütəxəssislərə təqdim edib.

Universitet professoru tərəfindən aparılan analiz nəticəsində təxminən 250 qramlıq daşın meteorit olduğu müəyyən edilib.

Tapıntıdan böyük sevinc hissi keçirdiyini bildirən Diktəpə deyib:

"Yanımda diqqətimi çəkən bir daş var idi. O, digərlərindən çox fərqli və olduqca ağır idi. Maraqlandım və özümlə götürdüm. Professorumuz onu araşdırıb meteorit olduğunu təsdiqləyəndə sevincimiz hədsiz oldu. Allaha şükür, daşımızı tapdıq".

Diktəpə əlavə edib ki, daşı daha ətraflı analiz etdirmək niyyətindədir:

"Qayanın içindəki metalların təhlili lazımdır. Kəndimiz 1700 metr yüksəklikdə yerləşir və ümumiyyətlə meteoritlər belə yüksək ərazilərə düşür. Əgər maraqlananlar olarsa, meteoriti onlara da göstərə və ya verə bilərəm".

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
1
news24.az

2Источники