RU

BMT: Qəzzaya lazımi yardım həcminin 20%-dən azı daxil olur

Qəzza sektoruna daxil olan humanitar yardımın həcmi hazırda lazımi səviyyənin 20%-dən azını təşkil edir.

"Ölkə.az" xəbər verir ki, BMT Baş katibinin humanitar məsələlər müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer jurnalistlərə bəyanat verib.

"Biz çatdırmalı olduğumuz həcmin 20%-dən də azını çatdırırıq. Bizə (Fələstin anklavına - red.) yüzlərlə yük maşınının daxil olması lazımdır", - o deyib.

Fletçer qeyd edib ki, Qəzza sektorunda atəşkəs bərqərar edildikdən sonra ümumdünya təşkilatı yardım çatdırılmasını "gündə yüzlərlə yük maşını"na qədər artırmaq niyyətindədir.

Избранный
4
2
olke.az

3Источники