RU

SSRİ yə görə yaradılan silah Rusiyaya çevrilir Kremli qorxudan həmlə

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Ukraynaya “Tomaqavk” qanadlı raketlərini verməyə hazırlaşması dünyada səs-küyə səbəb olub. Bəzi ekspertlər Vaşinqtonun mümkün həmləsini müharibənin gedişatında böyük sıçrayış kimi qiymətləndirirlər. 

“Tomaqavk”ların özəlliyi nədir? Dağıdıcı gücü nə qədərdir?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, “Tomaqavk” raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalını gücləndirmək və SSRİ ilə rəqabət aparmaq məqsədilə yaradılan qanadlı raketlərdir:

“Bu raketlərin beş versiyası istehsal olunub. Altıncı versiya isə quru qoşunlarının istifadəsi üçün nəzərdə tutulub. Onların sınaqları keçirilsə də, silahlanmaya qəbul edilməsinə dair açıq mənbələrdə məlumat mövcud deyil. İndiyə qədər “Tomaqavk”lar 2500 dəfə müxtəlif döyüş əməliyyatlarında istifadə edilib. Onlar ən çox İraqda keçirilən ABŞ hərbi kampaniyasının tərkib hissəsi olublar. Bundan başqa, Bosniya, Əfqanıstan, Yuqoslaviya, Somali, Liviya, Suriya və Yəməndə bu raketlərə müraciət edilib. “Tomaqavk”lar ABŞ və onun bir çox müttəfiqlərinin silahlanmasında mövcuddur”.

Ədalət Verdiyev

Ekspert qeyd edib ki, raketlərin texniki xüsusiyyətləri onların təyinatına görə müəyyən qədər dəyişir:

“Standart versiyada “Tomaqavk”ın uzunluğu 5 metr 55 santimetr, diametri isə 52 santimetrdir. Qanad açılımı 2 metr 67 santimetr, döyüş başlığının kütləsi 454 kiloqramdır. Raketin sürəti saatda 885 kilometrə qədərdir. Atəş məsafəsi isə versiyadan asılı olaraq 1250-2500 kilometr arası dəyişir. Hədəfdən yayınma cəmisi 5 metrdir. Bu raketlər suüstü döyüş gəmilərindən, həm də sualtı qayıqlardan buraxıla bilir. Sualtı qayıqdan buraxılan raketlərin atəş məsafəsi 1000 kilometrə qədər azalır. “Tomaqavk”ın ilk versiyası 1983-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil olub. Bundan sonra isə raketləri Böyük Britaniya, Yaponiya, Almaniya, Avstraliya, Niderland kimi ölkələr əldə edib, son illərdə sifarişlər daha da artıb”.

“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirib ki, sözügedən raketlər 2500 kilometr məsafəyə qədər zərbə endirə bildiyinə görə uzunmənzilli silah hesab olunur:

Ramiyə Məmmədova

“Mütəmadi istifadəsi müharibənin gedişatında köklü dəyişiklik yaratmaya bilər, amma uzaq məsafəli hədəflərin, yəni logistika mərkəzləri, hərbi bazalar, neft-qaz infrastrukturu və boru kəmərləri kimi obyektlərin vurulmasında əhəmiyyətli rol oynaması mümkündür. “Tomaqavk”ların saxlanılması, yerləşdirilməsi və effektiv istifadəsi üçün xüsusi anbarlar, məkan və ixtisaslı heyət tələb olunur. Rusiya isə belə zərbələri havadan ələ keçirmək və neytrallaşdırmaq imkanlarının olduğunu bildirir. Buna görə də bu silahların Ukraynaya verilməsinin nəticəsi taktiki üstünlüklər verə bilər, lakin dərhal böyük strateji dönüş və ya qəti qələbə təmin etməyə zəmanət deyil”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ‑ın Ukraynaya “Tomaqavk” raketlərini göndərməsini iki ölkə arasında münasibətlərin gərginləşməsi kimi şərh etmişdi. O, sözügedən raketlərin güclü olduğunu qəbul etsə də, onların Kiyevə tədarükünün döyüş meydanındakı balansı əsaslı surətdə dəyişdirməyəcəyini də əlavə etmişdi.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
globalinfo.az

2Источники