Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Vida mərasii saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək.
Qeyd edilib ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.