RU

Rusiya Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyəcək

Rusiya hazırda Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Kreml rəsmisi Ukrayna prezidenti Volodimir Zelenskinin “Tomahawk” raketləri və Trampa Nobel mükafatı verilməsi ilə bağlı açıqlamalarını dəhşətli fikir adlandırıb.

Uşakov vurğulayıb ki, Zelenskinin belə bir bəyanat verməkdə axmaqlığı təəccüb doğurur.

Qeyd edək ki, Zelenski Kiyevib Trampın “Tomahawk” raketlərini Ukraynaya ötürəcəyi təqdirdə onu Nobel Sülh Mükafatına namizəd göstərəcəyini açıqlayıb. O, Trampın namizədliyi üçün ikinci şərt kimi atəşkəs rejimini göstərib.

Избранный
35
3
apa.az

4Источники