RU

Azərbaycanın PISA-ya verdiyi təşəbbüs pilot mərhələdə sınaqdan keçirilir

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü və İ.Nəsimi adına 44 nömrəli məktəb-liseylərdə, V.Veysəlov adına 30 nömrəli tam orta məktəbdə, eləcə də Göygöl rayon Bəhrəmbəy kənd ümumi orta məktəbdə PISA-nın (Programme for International Student Assessment — Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) çərçivəsində iqlim savadlılığı sahəsi üzrə pilot mərhələnin qiymətləndirilməsi aparılıb.

TƏHSİL.BİZ   xəbər verir ki,  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüsə əsaslanaraq, PISA 2029 dövrünə iqlim savadlılığını yeni səriştə əsaslı qiymətləndirmə istiqaməti kimi daxil etməyi nəzərdən keçirir. Bu ideyanın təşəbbüskarı kimi Azərbaycan da pilot mərhələdə 14–16 yaşlı şagirdlərlə iştirak edir.Qiymətləndirmə iki hissədən ibarətdir:Koqnitiv hissə – şagirdlərin iqlim savadlılığı üzrə bilik və anlayışlarını ölçür;Sorğu hissəsi – şagirdlərin iqlim məsələlərinə yanaşma və davranışlarını qiymətləndirir.

Onlayn formatda təşkil olunan pilot mərhələ sualların məzmun uyğunluğunu və çətinlik dərəcəsini sınaqdan keçirmək məqsədi daşıyır.

 

 

 

 

 

Избранный
15
tehsil.biz

1Источники