Rusiyanın Teleqram kanalları Satira Teatrının keçmiş direktoru Məmmədali Ağayevin Rusiyada azadlığa buraxılması ilə bağlı xəbər yayıb. O, avqustun 29-da Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən dövlət büdcəsindən 20 milyon rubl mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.
Keçmiş teatr direktorunun yaxınlarının hesablarının dondurulduğu da bildirilib.