RU

Sürət limitini göstərən nişana dəyişiklik edib vətəndaşları təhlükəyə atdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda baş verən bu hadisə sosial şəbəkələrdə geniş müzakirə və ciddi tənqidlərə səbəb olub. 

Avtosfer.az xəbər verir ki, bir gənc 50 kilomter-saat sürət məhdudiyyəti göstərilən nişanın üzərinə qələm vasitəsilə “1” rəqəmi əlavə edərək onu 150 kilometr-saat kimi göstərib. O, bu hərəkətini sosial şəbəkələrdə paylaşaraq “zarafat” və ya “yumor” kimi təqdim etməyə çalışıb.

Lakin sosial şəbəkə istifadəçiləri bu davranışı məsuliyyətsizlik və cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndiriblər. Çünki belə bir hərəkət təkcə yol hərəkəti təhlükəsizliyini pozmur, həm də sürücülərə yanlış mesaj verir. Sürət həddinin dəyişdirilməsi avtomobillər və piyadalar üçün real təhlükə yaradır, xüsusilə də axşam saatlarında və işıqlandırması zəif olan küçələrdə bu, faciəvi nəticələrə səbəb ola bilər.

Hadisəni “zarafat” kimi təqdim edən şəxsin məqsədi bəlkə də sosial mediada diqqət çəkmək və rəğbət qazanmaq olub. Amma əslində, bu hərəkət ictimai təhlükəsizlik qaydalarına qarşı açıq hörmətsizlik və ciddi məsuliyyətsizlik nümunəsidir.

Belə hallara qarşı hüquqi tədbirlər görülməli, bu cür nişanlara müdaxilə edən şəxslər inzibati məsuliyyətə cəlb edilməlidirlər. Çünki bir şəxsin “zarafatı” digərlərinin həyatına başa gələ bilər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
avtosfer.az

1Источники