Ötən gün vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir. “Bakuinfo” xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənətçilər, yaxınları və ictimaiyyət nümayəndələri sevilən aktrisanı son mənzilə yola salmaq üçün bir araya gəliblər. Vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Əminə Yusifqızının Azərbaycan poeziyasına, ədəbiyyatına və mədəniyyətinə böyük töhfə verdiyini vurğulayıb: “Əminə xanım hamımızın qəlbində yaşayacaq. O, Azərbaycan poeziyasını, ədəbiyyatını və mədəniyyətini ən gözəl formada çatdıran bir nümunə kimi xatirəmizdə olacaq. Onun özündən sonra tələbələri, davamçıları var. Əminə xanımın ruhu şad olsun. Ümid edirəm ki, onun qiraətləri hər zaman yaşayacaq”. Xalq artisti Təranə Muradova Əminə Yusifqızının Azərbaycan mədəniyyətində silinməz izlər qoyduğunu bildirib: “O, mədəniyyətdə böyük izlər qoyan bir xanımdır. Onun səsi, onun şeirləri hər zaman yaşayacaq. Ömrünün axırına qədər şeir dedi. Onun sonuncu sözü o olub ki, “Mən anamın yanına getmək istəyirəm”. Baxmayaraq ki, yaşı çox idi, amma çox güclü xanım idi”. Qeyd edək ki, Əminə Yusifqızı 89 yaşında vəfat edib. (Qafqazinfo)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта