ain.az, Bizimyol saytına istinadən bildirir.
Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Danışıqlar ilk növbədə prezidentin köməkçiləri səviyyəsində aparılıb. “Kommersant”ın mənbələrinə görə, Uşakov bilavasitə azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib.
Andrey Kolesnikov xəbər verir ki, köməkçilər bu işi birbaşa prezidentlərlə əlaqələndirə biliblər, Uşakovun fikrincə, ilk növbədə İqor Kartavıxın azad edilməsini mümkün edən məhz bu olub.
Rusiyanın Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Eva Merkaçeva mətbuata açıqlamasında "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıxın azadlığa buraxılmasını təsdiqləyib.
"Bu, çox yaxşı əlamətdir. İdeal olaraq, biz istərdik ki, bütün digər saxlanılanlar eyni vaxtda azadlığa çıxsın. Xüsusən də bəzilərinin ciddi tibbi yardıma ehtiyacı var və bunu Bakı həbsxanasında yox, vətəndə etmək daha yaxşıdır. Hər halda, gözləyirik və izləyirik. Onların da tezliklə azadlığa çıxması mümkündür. Hər halda, bu, artıq irəliyə doğru atılmış mühüm addımdır. Və mən hesab edirəm ki, İqor Kartavıx bunu ilk əlamətdir”, - deyə Merkaçova bildirib.
Öz növbəsində Rusiya tərəfi Rusiyada saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.