RU

DİM işçi axtarır – Qeydiyyat başladı

Dövlət İmtahan Mərkəzi (DİM) müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyata başlayır.

Tribunainfo.az xəbər verir ki, qeydiyyat prosesi 10 oktyabr – 3 noyabr (saat 10:00-dək) tarixlərində aparılır.

Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40  arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan qadınlar müraciət edə bilərlər. Zal nəzarətçisi kimi qeydiyyatdan keçən şəxslərin buraxılış rejimi əməkdaşı qismində iştirakına icazə verilmir.

Qeydiyyat üçün namizədlər ilk olaraq Dövlət İmtahan Mərkəzinin dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar).  Daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Namizədlər qeydiyyatdan keçdikdən sonra təsdiq olunmuş qeydiyyat vərəqini çap edərək imzalamalı və aşağıdakı sənədləri də əlavə edərək elektron poçtuna və ya mobil telefon nömrəsinə göndərilən bildirişdə qeyd olunan tarixdə Bakı şəhəri üzrə  DİM-in əsas inzibati binasına (Ak.Həsən Əliyev küçəsi, 299), regionlarda isə müvafiq olaraq DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan Regional Bölmələrinə şəxsən müraciət etməlidirlər.

Müsahibəyə gələrkən  təqdim olunması tələb olunan sənədlər:

  • Təsdiq edildikdən sonra çap olunaraq imzalanmış qeydiyyat anketi;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • Ali və ya orta ixtisas təhsil haqqında sənəd (diplom) və surəti;
  • İş yeri haqqında arayış (İş yeri olduğu təqdirdə);
  • Məhkumluğun  olmaması barədə arayış (əsli);
  • Bank rekvizitlərini təsdiq edən sənəd (rekvizitlər bank tərəfindən çap olunmalı və təsdiqlənməlidir).

Qeydiyyatdan uğurla keçən namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanılır və fəaliyyət sahəsinə uyğun təhsili, iş təcrübəsi, fiziki-psixoloji sağlamlığı və s. məsələlərin dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir.

Müsahibədən uğurla keçən namizədlər müvafiq təlimlərə cəlb olunacaqdır.

Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edən və 46 yaşı tamam olmayan xanımlar da qeyd olunan müddətdə (3 noyabr saat 10:00-dək) elektron qaydada mövcud anketlərini yeniləyərək imzalamalı və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər. Anketdə əks olunmuş şəxsi məlumatların hər hansında dəyişiklik olarsa, dəyişikliyi təsdiq edən sənəd anketlə birlikdə təqdim olunmalıdır.

Qeydiyyatla bağlı suallarınız yaranarsa, Mərkəzin inzibati binalarına (Çağrı mərkəzi 1653 ) və ya  regional bölmə mərkəzlərinə müraciət edə bilərsiniz.

Buraxılış rejimini aparan əməkdaşa dair tələblər və onun vəzifələri

“Şəxsi kabinet”in yaradılması və istifadə qaydası

Anketin doldurulması qaydası

Избранный
7
3
tribunainfo.az

4Источники