“Əminə xanım cismən gedib, onin səsi qulaqlarımızdadır. Qızı ona o qədər bənzəyir ki, baxıb onun siması ilə təskinlik tapacağıq”.
Bizim.Media xəbər verir ki, bunu müğənni-bəstəkar, əməkdar artist Elza Seyidcahan xalq artisti Əminə Yusifqızının vida mərasimində jurnalistlərə açıqlamasında bildirdi.
O vurğuladı ki, Əminə Yusifqızının qızıl fondda qalan dublyajları, verilişlərdə səsləndirdiyi şeirləri Azərbaycan xalqı üçün bir töhfədir.
“Bir verilişim var idi, orada mən Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” kompozisiyasını səsləndirəndə Əminə xanım da şeri oxumuşdu. Sevinirəm ki, belə görkəmli bir şəxsiyyətlə tərəf-müqabili olmaq xoşbəxtliyindən mənə də pay düşüb”.
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта