RU

Psixoloji hazır olmasalar, Parisdə böyük hesab qeydə alına bilər Millinin sabiq forvardı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bu gün futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Təmsilçimiz Parisdəki "Park de Prens"də Fransa yığması ilə qarşılaşacaq. Matçın başlamasına saatlar qalmış millimizin sabiq hücumçusu Xaqani  Məmmədovla əlaqə saxlayıb "xoruzlar"la səfər qarşılaşmasından nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Fransa dünyanın ən güclü millilərindən biridir. Bu komandada hər mövqedə dünyanın adlı-sanlı ulduzları yer alır. Hansı gücdə, hansı futbolçulardan qurulmuş rəqibə qarşı oynayacağımız məlum məsələdir. Bizi çox ağır bir mübarizə gözləyir.

Millidəki futbolçuların bu matça psixoloji yanaşmaları önəmli məqamdır. Millimiz Fransa ilə oyuna psixoloji cəhətdən hazırdırsa, uğurlu mübarizə apara bilər. Yəni döyüşər, əzmjarlıq göstərər, böyük fərqlə uduzmaz. Amma psixoloji hazır olmasalar, Parisdə çox böyük hesab qeydə alına bilər.

Düşünürəm ki, Ayxan Abbasov rəqibi təhlil edib və oyunçulara necə oynamaq lazım olduğunu futbolçulara çatdırıb. Fikrimcə, milli bu matça hazırdır. Parisdəki oyun həm də azərbaycanlı futbolçular üçün özlərini ulduzlara qarşı göstərmək şansıdır. Millimizə uğurlar arzulayıram".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
fanat.az

1Источники