RU

"Nəzərə almaq lazımdır ki, Rusiyada 2 milyondan artıq həmyerlimiz yaşayır" - Deputat

"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Son aylarda Rusiya ilə Azərbaycan arasında müəyyən gərginlik və fikir ayrılıqları müşahidə olunsa da, biznes əlaqələrində sabit dinamika davam edir. Xüsusilə qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşlardan biridir. Hazırda Azərbaycan qeyri-neft ixrac məhsullarının təxminən 60 faizi Rusiya bazarına yönəldilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Rusiya ilə Azərbaycan arasındakı iqtisadi tərəfdaşlıqdan danışarkən bildirdi.

"Eyni zamanda ölkəyə köçürülən vəsaitlərin, yəni remitensiyaların məbləği baxımından da Rusiya aparıcı mövqedədir. Bu səbəbdən, iki ölkə arasında iqtisadi əlaqələr əvvəlki dövrlərdəki kimi davam edib. Şübhəsiz ki, münasibətlərin normallaşması iqtisadi əməkdaşlığa daha müsbət təsir göstərəcək. Xüsusilə nəzərə almaq lazımdır ki, Rusiyada 2 milyondan artıq həmyerlimiz yaşayır. Onların bir qismi Azərbaycanla biznes əlaqələrinə malikdir, digərləri isə pul köçürmələri vasitəsilə ölkə iqtisadiyyatına töhfə verirlər. Bütövlükdə, münasibətlərin normallaşması növbəti mərhələdə Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracaq", - deyə millət vəkili əlavə etdi.

Xədicə BAXIŞLI

 

Избранный
21
redaktor.az

1Источники