RU

Putindən SSRİ açıqlaması: Keçmiş sovet ölkələrinə çağırış etdi

“SSRİ dağılanda vətəndaşların böyük əksəriyyəti nə baş verdiyini anlamırdı”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“SSRİ dağıldıqda və MDB-nin yaradıldığı elan olunduqda, məncə, bizim ölkələrin vətəndaşlarının böyük əksəriyyəti baş verənləri tam anlamırdı: əvvəllər SSRİ var idi, indi isə MDB. Düşünürdülər ki, mahiyyət etibarilə çox da bir şey dəyişməyib. Əslində isə hər şey köklü surətdə dəyişmişdi. Təəssüf ki, o vaxt bizim ölkələrin vətəndaşlarına bu barədə lazımi məlumat verilmədi”, – dövlət başçısı vurğulayıb.

Rusiya prezidenti xatırladıb ki, bu, tarixi şərait nəticəsində yaranmış vəziyyətdir və onu qəbul etmək, həmçinin gələcəyə baxaraq düşünmək lazımdır ki, keçmiş SSRİ məkanında yaranmış vahid logistika, sənaye əməkdaşlığı və xalqların mədəni müxtəlifliyinə baxmayaraq formalaşmış ümumi mədəni kod kimi rəqabət üstünlüklərini itirməyək:

“MDB-nin məqsədi də məhz bütün bunları qorumaq idi. Amma müəyyən mərhələdə aydın oldu ki, MDB çərçivəsində əməkdaşlıq səviyyəsi mövcud mürəkkəb iqtisadi problemlərin həlli üçün kifayət deyil. Buna görə də Qazaxıstanın, xüsusilə də Nursultan Nazarbayevin təşəbbüsü ilə başqa bir birlik – Avrasiya İqtisadi İttifaqı yaradıldı. Burada öz aralarında daha dərin əməkdaşlıq qurmağı məqsədəuyğun və faydalı sayan ölkələr çərçivəsində iş aparılır”.

Həmçinin Vladimir Putin qeyd edib ki, keçmiş sovet respublikaları üçün bir-birindən çox da uzaqlaşmamaq və ölkələrin çoxlu ortaq cəhətlərə malik olması hissini saxlamaq vacibdir.

Избранный
6
6
teleqraf.com

7Источники