Bakı. Trend:
Brüssel şəhərində keçirilən “Global Gateway Forum 2025” forumuçərçivəsində Azərbaycanın da təmsil olunduğu Qara dəniz stratejitərəfdaşlığı üzrə panel keçirilib.
Trend xəbər verirki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat NaziriRəşad Nəbiyev öz “X” səhifəsində məlumat paylaşıb.
“Paneldə Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi rolu,nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirdiyi innovativlayihələr nəticəsində ölkəmizin Avropa ilə Asiya arasındatəhlükəsiz və sürətli məlumat dəhlizi, eləcə də rəqəmsal körpü kimiformalaşması istiqamətində atılan addımlar barədə məlumat verdik.”,- deyə yazıda qeyd olunur.
Nazirin sözlərinə görə, paneldə infrastruktur sahəsindəAzərbaycanın əldə etdiyi uğurların yalnız milli deyil, eyni zamandaregional davamlılığa xidmət etdiyi vurğulanıb. Xüsusilə Bakı –Naxçıvan – Qars və Zəngəzur dəhlizlərinin bölgədə dayanıqlı vəçevik nəqliyyat bağlantısının qurulması baxımından həyati əhəmiyyətdaşıdığı qeyd olunub.