RU

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində turizmlə bağlı təlim proqramı icra olunur

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qəbələ, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Türkiyənin “Şəhid Erol Olçok” Peşə və Texniki Anadolu Liseyinin əməkdaşları tərəfindən “Turizmdə idarəetmə və xidmət standartları” mövzusunda təlim proqramı uğurla icra olunur. Təlimlər Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan-Türkiyə arasında “Qardaş məktəblərin əməkdaşlığı müqaviləsi” çərçivəsində keçirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib. Bildirilib ki, Bakı və regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin turizm ixtisası üzrə fənn müəllimlərinin və istehsalat təlim ustalarının iştirak etdiyi təlimlərin əsas məqsədi turizm sahəsində idarəetmə və xidmət üzrə müasir bilik və bacarıqların ötürülməsi, iki ölkə arasında peşə təhsili əməkdaşlığının gücləndirilməsi, tədris heyətinin praktiki təcrübəsinin artırılmasıdır.

Təlimlərdə “Otelçilikdə idarəetmə və keyfiyyət sistemləri”, “Qida və içki xidmətləri”, “Turizm məhsulu və onun ayırtedici xüsusiyyətləri”, “Azərbaycan və Türk mətbəxinin sintezi” mövzularında sessiyalar keçirilib. Təlimçilər üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil edilib, mərkəzin infrastrukturu, layihələri, tələbə sərgiləri və praktiki imkanları ilə tanışlıq olub.

Eyni zamanda, “Gabala Hospitality Group”a daxil olan “Qafqaz Tufandağ Hotel”də həyata keçirilən infotur zamanı iştirakçılar real iş mühitində tələbələrin praktiki tədris prosesi ilə tanış olublar. Təlim proqramı çərçivəsində qonaqlar üçün Qəbələnin tarixi məkanlarına və turizm obyektlərinə səfərlər də təşkil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
azertag.az

2Источники