RU

Bosniyalı itkin ailə üzvü Şuşada Bosniya müharibəsinin eyni ağrısını yaşadığını deyib

Bosniya və Herseqovinadakı müharibədən 30 il keçir. Bu gün isə Şuşadakı həbsxanada olarkən Bosniyada keçirdiyim müharibədən eyni hisləri yaşayıram.

APA xəbər verir ki, bu barədə Şuşada səfərdə olan Bosniya və Herseqovinadan olan itkin ailənin üzvü Mideta Kaloper bildirib.

O, Şuşadakı həbsxanada olarkən Bosniyada keçirdiyi müharibə dövrünün eyni ağır hislərini xatırladağını deyib.

"Mən özüm hələ də qardaşımı axtardığım üçün bu qədər dərin hiss edirəm. İstədiyim tək şey onu tapmaqdır", - o qeyd edib.

Mideta Kaloper Azərbaycan xalqına və itkin düşmüş şəxslərlə bağlı göstərilən səylərə rəğbət bəslədiyini vurğulayıb.

O, dəvət üçün Azərbaycana təşəkkür edib, səfərin onun üçün çox xüsusi və emosional olduğunu qeyd edib.

Избранный
35
apa.az

1Источники